Lazım olan ərzaqlar:
2 ədəd kartof
1 ədəd iri kök
1 ədəd baş soğan
2 diş sarımsaq
1 yumurta
2 st süd
3-4 x.q yumru düyü
1 x.q un
1 dəstə ispanaq (və ya reyhan)
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
İlk əvvəl düyünü isladırıq. Sarımsağı və soğanı sürtgəcdən keçirib yağda qovururuq.
Soğan saralandan sonra kökü və kartofu sürtgəcdən keçirib soğanın üstünə tökürük.
Bir az qovrulandan sonra 1 x.q un əlavə edib qarışdırırıq.
Sonra isə su əlavə edirik. Su qaynayandan sonra düyünü əlavə edirik.
2 st südlə 1 yumurtanı yaxşıca qarışdırırıq, düyü bişəndən sonra qarışığı içinə tökürük.
Duz və istiot əlavə edirik.
Qaynadıqda ispanaqları və ya reyhanları tökürük. Qaynayandan sonra söndürürük.
Budur, südlü şorbamız hazırdır.
NUŞ OLSUN!