Əziz xanımlar, bu gün sizə Türk mətbəxinə aid olan yayla şorbasının hazırlanma qaydasını təqdim edirəm.
Reseptdə 1 stəkan qatıq yazılsa da, mən 2 stəkan qatıq əlavə etdim,
belə daha dadlı alınır.
Lazımiolan ərzaqlar:
1-2 stəkan qatıq
1 yumurtanın sarısı
2 xörəkqaşığı düyü
1 çay qaşığı un
kərə yağı
4 stəkan su
Azərsun yodlu narın xörək duzu
Qurudulmuş qırmızı acı bibər, nanə
Hazırlanma qaydası:
Düyünü yuyub, qazanatökürük. Üzərinə su əlavə edib, bişməyəqoyuruq.
Düyü bişənədək başqa bir qaba qatığı, yumurtanı, unu töküb,
yaxşıca qarışdırırıq.
Düyü bişdikdən sonra qatığın üzərinə qazandakı sudan bir az töküb qarışdırırıq ki, qatığı qazana tökdükdə parçalanmasın.
Sonra qatığı yavaş-yavaş qazanaəlavə edib, 10-15 dəqiqə qaynadırıq.
Yağı əridib, nanə və qurudulmuş qırmızı acı bibərilə qovururuq.
Yeməyimiz hazır olduqda, yağı əlavə edib, qazı söndürürük.
Şorbamız hazırdır.
NUŞ OLSUN!