Bir neçə xanım mənə ismarıc yazaraq xahiş etmişdilər ki, onlara necə arıqlamağımın sirrini açım...
Xanımlar, sizə saxladığım pəhrizi təqdim edirəm. Amma bir söz deyim: ilk öncə qarşınıza məqsəd qoyun ki,mən bu pəhrizi sonadək tutmağı bacaracağam. Hamınıza uğurlar arzulayıram. İnşAllah, istədiyiniz nəticəni əldə edərsiz.
1-ci gün - 5 ədəd qaynadılmış kartof + 0,5 stəkan qatıq
2 -ci gün- 200 qr xama + 0.5 stəkan qatıq
3-cü gün- 200 q kəsmik + 0.5 stəkan qatıq
4-cü gün- 0,5 qaynadılmış toyuq əti (dərisiz, duzsuz) + 0,5 stəkan qatıq
5-ci gün- 1 kq alma, yaxud da 0,5 kq kök, ya da 300 q qara gavalı + 0,5 stəkan qatıq
6-cı gün- 1 litr qatıq
7-ci gün - 1 litr qazlı su
Yazılanlardan başqa, səhərlər şəkərsiz kofe və gün ərzində 0,5 litrdən çox olmayaraq qaynadılmış su içmək olar. 2-ci gün artıq siz aclıq hiss etməyəcəksiniz... Hamınıza dözüm arzulayıram...