Tərkibi:1 kq kartof
300.qr qiymə
2 ədəd yumurta Duz, istiot
Azca sarikökDuru yağHazırlanması:
Əvvəlcə kartofu sürtkəcin iri gözündən keçiririk, duz-istiot, sarıkök əlavə edib üzərinə 1 yumurta vurub kütləni qarışdırırıq.Qiyməyə soğan çəkirik, duz-istiot vurub qarışdırırıq. Sürtkəcdən keçirdiyimiz kartofu ovcumuzun içinə alıb yayırıq.
Arasına təxminən 1 xörək qaşığı ət qoyub bükürük. Yumurtaya batırırıq, tavaya duru yağ töküb qızardırıq.
Nuş olsun!