Tərkibi:
İri balıgın (nərə,qızıl balıq və s.) quyruq tərəfindən bütöv bir tikə
150 qram ləvəngi(qoz, soğan,turşu, duz, istiot)
Hazırlanması:
Balığın pullarını təmizləyib axıra qədər kəsməmək şərtilə bir santimetrlik dilimlərə ayırırıq.
Balığı axıra qədər dilimlədikdən sonra duz-istiot vururuq.
Daha sonra palçıq turşusu vurub aralarını ləvəngi ilə doldururuq.
Sonra balığı soba listinə qoyub 200 dərəcədə bişiririk (mən hazırladığım bütöv balığı da onun yanına qoyub bişirdim).Yeməyimiz hazırdır.
Nuş olsun!