Tərkibi:
1 paket qat-qat xəmir
İçi üçün:
Pendir (ovulmuş)
Şüyüd
Qiymə
Üzəri üçün:
2 ədəd yumurtanın sarısı
Küncüt
Hazırlanması:
Pendiri ovuruq, şüyüdü doğrayıb ona qatırıq və qarışdırırıq.Qiyməyə də şüyüd doğrayıb qarışdırırıq.
Qat-qat xəmiri 2 yerə bölürük.
Arasına qiymə və pendir qoyuruq.
Bu formada bükürük.
Üzərinə yumurta sarısı və küncüt vururuq.
Listə yığıb 200 dərəcəyədək qızdırılmış sobada bişiririk.
Qiyməli və pendirli boxça börəyi hazırdır.
Nuş olsun!