Tərkibi:1,5 stəkan un1 paket qabartma tozu1 çay qaşığı duz1 çay qaşığı darçın6 yemək qaşığı"Wellington"kərə yağı (yumşadılmış)
3/4 stəkan şəkər2 ədəd yumurta2 yemək qaşığı südYarım kilo qədərtəmizlənmiş, yuyulmuş, ikiyə bölünmüşçiyələk
Hazırlanması:
İlk öncə 0,5 kq. çiyələyi təmizləyin və yaxşıca yuyun.
Sobanı 175 dərəcədə qızdırın. 1,5 stəkan un, 1 çay qaşığı duz, 1 paket qabartma tozu, 1 çay qaşığı darçını bir qabda qarışdırın. Daha sonra 6 yemək qaşığı kərə yağı və 3/4 stəkan şəkəri ayrı bir qabda çırpın. Yumurtaları tək-tək qırın və çırpın. Südü əlavə edin və yaxşıca çırpın.
Sonra içinə un qarışığını əlavə edin və hamar bir hal alana qədər qarışdırın.Yumru keks bişirmək üçün olan qabın içinə keks xəmirini tökün. Qabı yağlamağı unutmayın.
Bölünmüş çiyələkləri keks xəmirinin üzərinə düzərək yüngülcə basın.
Təxminən 30 dəqiqə sobada bişirin.
Üzərinə şəkər kirşanı səpin və isti-isti yeyin.
Nuş olsun!
(Tərcümə edilib)