Tərkibi:
4 stəkan un
2 ədəd yumurta
100 qram yumşalmış yağ
1 stəkan süd
3 xörək qaşığı şəkər tozu
0,5 çay qaşığı maya,duz
İçlik üçün:
1 stəkan şəkər tozu
1 stəkan qoz ləpəsi
1 ədəd yumurta
Vanil
Hazırlanması:
Xəmir üçün lazım olan ərzaqları unun üzərinə töküb (südü qızdırırıq) yumşaq xəmir yoğururuq.
Xəmiri mayalanmağa qoyuruq. Bu müddətdə qozu çəkib şəkər və yumurtayla qarışdırırıq.
Xəmir acıyandan sonra onu ehtiyatla 30-40 santimetrlik düzbucaqlı formasında yayırıq.Hazırladığımız içliyi səliqəylə xəmirin üzərinə yaxırıq.
Rulet formasında büküb 3 santimetrdən bir kəsirik.
Doğradığımız xəmirləribişirəcəyimiz tavayadik formada düzürük.
Üzərinə sarıkök qatılmış süd vurub, bişməsi üçün 200 dərəcədə qızdırılmış sobayaqoyuruq.
Bişəndən sonra ehtiyatla tavanın qıraqların açıb çıxarırıq.
Nuş olsun!