Tərkibi :
5 ədəd yumurta
8 qaşıq şəkər tozu
8 qaşıq un
Vanil
Qabartma tozu
Ərik qurusu
Kişmiş
Hazırlanması :
Əvvəlcə yumurta ilə şəkər tozunu mikserlə ağarana qədər çalırıq.
Sonra vanili və qabartma tozunu əlavə edirik.
Sonra isə unu əlavə edib yaxşıca qarışdırırıq.
Soba üçün olan qabı yağlayıb xəmiri ora əlavə edirik.
Ərik və kişmişi üzərinə səpirik.
Sobada 200 dərəcədə 25 dəqiqə bişiririk. Piroqun üzəri isə zövqə görə bəzədilə bilər. Buyurun, piroqumuz hazırdır
Nuş olsun!