Qadın hər yaşda gözəl, cazibədar görünmək istəyir. Bunun üçün səy göstərmək lazımdır. Sizlərə düzgün qidalanma və fitness məşqlərindən danışmaq istəyirəm. Gözəl görünmək istəyirsinizsə, o zaman aşağıdakılara əməl etməlisiniz:
-daimi olaraq məşq etmək,
-balanslaşdırılmış qida qəbul etmək,
-istirahətə vaxt ayırmaq.
Daimi məşq
5 günlük məşq proqramı bu işdə təcrübəsi olanlarla yanaşı, yenicə məşqə başlayanlar üçün də ola bilər.
Birinci gün: çiyin və kürək, ikinci gün - ayaqlar, üçüncü gün - press, dördüncü gün - yanlar, beşinci gün isə əllər üçün hərəkətlərdir.
2 gün istirahət etdikdən sonra məşqləri davam etdirin. Məşq üçün 0.5 kq- 10 kq arası çəkidə qantel, rahat geyim və fitness üçün nəzərdə tutulmuş xalça lazımdır.
1. Hər məşq kardiohərəkətlər və güc tələb edən idman hərəkətləri olmalıdır. Hər iki hərəkət piylərin əriməsinə və əzələlərin güclənməsinə səbəb olur.
2. Hər məşqdən öncə əzələlər üçün nəzərdə tutulan hərəkətlər etmək lazımdır.
3. Məşq zamanı diqqətiniz əzələlərdə olsun.
4. 2 həftədən bir qantellərin çəkisini artırmaq lazımdır.
5. Məşq zamanı nəfəsinizin ritmik olduğuna fikir verin. Düzgün nəfəs alma diafraqma ilə həyata keçir.
6. Özünüzə yazığınız gəlməsin. Məşq vaxtı hər şeyi unudun. Bircə onu bilin ki, hər şey bitdikdən sonra sizin vücudunuz istədiyiniz kimi olacaq.
7. Kardioməşqləri (velotrenajor,səhər krossu ) həftədə 3 dəfə 20-45 dəqiqə edin.
8. Kardioməşqləri ac mədəyə etmək olmaz, səhər yeməyinə bir az yağsız kəsmik yeyin.
Balanslaşdırılmış qida
1. Qida rasionunuzu dəyişin: yağ, karbohidratlar qəbulunu azaldın, kifayət qədər zülalı olan ərzaqlar yeyin. Zülal piyin əriməsində yardımçınız olacaq. Qidalar sırasında qarabaşaq, bulğur,düyü, gül kələmi,brokkoli,bolqar bibəri,yağsız mal əti,pendir,qatıq,kəsmik,balıq ön yeri tutmalıdırlar. Gün ərzində 2 litr su için.
Məşqdən qabaq enerji almaq üçün buterbrod, sonra isə bir salxım üzüm də yeyə bilərsiniz. Gündəlik qida rasionunuzu multivitaminlərlə zənginləşdirin. Orqanizmdəki metabolizmi sürətləndirmək üçün gündə 2-3 dəfə yaşıl çay için.