Fiziki hərəkətlərin orqanizmimizi necə möhkəmləndirdiyini başa düşmək üçün onların insan orqanizminin müxtəlif hissələrinə necə təsir göstərdiyinə diqqət yetirək.
Ürək
Ürək ən çox işləyən orqandır. Normal vəziyyətdə ürək gündə 100 min dəfə döyünərək, 10 tona qədər qan vurur. Əgər siz idmanla yüngül məşğul olursunuzsa , orqanizm 4 dəfə artıq qan tələb edəcək. Yox əgər mütəmadi olaraq məşğul olursunuzsa, o zaman 15-20 dəfə çox qan tələb olunacaq. Əzələlər ürəyin işini asanlaşdırır. Onlar – sizin ikinci ürəyinizdir; fiziki işlə məşğul olduqca və əzələlərinizi möhkəmləndirdikcə ,qanın ürəyə qovulmasına kömək edirsiniz. Yaxşı əzələlər qanın yaxşı dövr etməsinə kömək edir. Zəif və yaxşı inkişaf etməmiş əzələlər isə qan dövranına mane olur, ürəyi daha çox işləməyə məcbur edir.İdmanla mütəmadi məşğul olsanız , ürəyinizi möhkəmləndirərsiniz və o, daha effektiv işləyər. Ürək əzələsini qanla təmin edən arteriyalar diametrcə böyüyər və bununla da ürək tutulması riskini aradan qaldırar.Orta yaşlı insanın ürəyi həyatı boyu 80 min dəfə döyünür. Buradan nəticə çıxarmaq olar ki, öz ehtiyatını tez sərf edən adam ,öz ömrünü də qısaldır. Fiziki məşğələlər ürəyinizin ehtiyatlarını uzun müddətə artırmağa kömək edər , yəni ömrünüzü uzadar.
Əzələlər və stress
Stressin təsiri altında əzələlər gərginləşir. Emosional və fiziki stress ola bilər. Əzələlərdən qeyri-mümkün bir iş, məsələn, ağır yükün qaldırılmasını tələb etdikdə , fiziki distress baş verir.Cilovlaya bilmədiyiniz hisslərlə, məsələn, kədər, qıcıqlanma, daxili qəzəb , inciklik və günahkarlıq hissi ilə dolan zaman emosional əzələ distresi baş verir. Bütün bunlar müxtəlif əzələ qruplarının gərginləşməsinə səbəb olur. Stressin fiziki və emosional, pis və ya yaxşı səbədən əmələ gəlməsi vacib deyil. Lakin əzələ stressi baş verən zaman çox vaxt problemlərlə nəticələnir. Stress ardan qaldırılmazsa , əzələ spazmları baş verə bilər. Əzələ stressi çox zaman baş ağrılarına , bel , boyun nahiyələrində ağrılara , yüzlərlə digər ağrılı simptonlar kompleksinə səbəb ola bilər. Əzələ stressini necə azaltmaq olar? Buna müntəzəm fiziki məşğələlərlə nail olmaq olar. Bir psixoloji aksioma belə səslənir : əzələlri dincəltmək üçün onları gərmək lazımdır.
Qan dövranı
Ayaqlarınız donur? Əgər donursa, demeli qan dövranı sisteminiz yaxşı işləmir. Bədənin istənilən hissəsinin tempraturu həmin nahiyyədəki qanın miqdarından asılıdır. Əgər qanınız kifayət qədər yaxşı dövr etmirsə, onda ayaqlarınız və əlləriniz əksər vaxtı soyuq olur. Müntəzəm fiziki məşğələlər damarları genəldir və qan oksigenə tələbatı olan nahiyyələrə daha tez çatır. Nəticədə əlləriniz və ayaqlarınız daha çox qanla təmin olunur və qızınır.