Tərkibi:
1 st pudra şəkəri250 gr. kərə yağı (yumşaq)1 paket qabartma tozu1 paket vanil
3 st un
1x.q gül suyu
Qırmızı boya
Hazırlanması:
Yağla pudra şəkərini mikserlə yaxşı çalırıq.
Gül suyunda 1 az qırmızı boya açıb üzərinə əlavə edirik. Qalan ərzaqları da qatırıq, az-az un əlavə edib xəmir yoğururuq.
Xəmiri yayıb yumru kəsirik, bıçaqla 4 yerindən kəsib gül kimi qatlayırıq.
Gülləri listə düzüb 160 dərəcədə bişiririk.
Güllü qurabiyəmiz hazırdır.
Nuş olsun!