Tərkibi:
3 ədəd yumurta
1 ,5 st şəkər tozu
300 qr yağ
4,5 st un
3 x/q xama
0,5 ç/q soda
İçlik üçün
30-40 ədəd qara gavalı
30-40 ədəd qoz ləpəsi
250 qr şərab və ya içki
Krem
300-400 qr yağlı xama
200 qr qaymaq
2 st şəkər tozu
Bəzəmək üçün
200 qr ağ şokalad
200 qr qara şokalad
Hazırlanması:
Əvvəlcə təmizlənmiş qara gavalı bir gün əvvəl şərabda isladılır.
Yumurta şəkər tozu ilə çalınır və soda əlavə edilir.
Un əlavə edilir,yağ doğranılır.
Un qarışığı, xama, yumurta qarışığına əlavə edilib xəmir hazırlanılır.
Qara gavalının içinə qoz ləpəsi qoyulur.
Xəmiri kiçik hissələrə ayırıb, yumru girdələr hazırlanılır.
Hər girdənin ortasına gavalı qoyub yumurulayırıq.
Hazır girdələr kağız üzərinə yığılır.
Hazır girdələri soyuq yerdə hazırlamaq lazımdır ki, girdələr boşalmasın və bişirərkən çox qurutmaq lazım deyil.
180 dərəcədə, 15-20 dəqiqə ərzində hazır olana qədər sobada bişirilir.
Qaymaq şəkər tozu ilə çalınır, şəkər tozunu azaldıb, çoxaldmaqda olar.
Xama az-az əlavə edilib, krem alınana qədər çalınır.
Tortu hazırlamağa başlayaq. İstəyə görə girdələri kremləyib təpə və ya dağ forması verərək yığırıq,
və ya oval bir qaba sellefon sərib şəkildə gördüyünüz kimi yığırıq.
Gördüyünüz kimi girdələr bu qayda ilə yığılır.
Soyuducuda saxlanılır, gecədən hazırlayıb qoyulsa daha yaxşı olar.
Tortu soyuducudan çıxarıb, tərs geniş boşqaba çevrilir.
Qara şokalad su hamamında əridilir, üzərinə azca bitki yağı əlavə edilib qarışdırılır.
Əridilmiş şokalad tortun üzərinə yayılır.
Ağ şokalad sücgəcdən keçirilir və ya bıçaqla xırdalayıb tortun üzərinə səpilir.
Qarlı dağ tortumuz hazırdır.
Nuş olsun!
( tərcümə edilib )