Xəmir üçün:
250 q yağ
2-3 stəkan un
0,5 st şəkər tozu
2 ədəd yumurtanın sarısı
0,5 ç/q soda
1/4 ç/q limon turşusu
Vanil və ya zövgə görə başqa ədviyyat
Bəzəmək üçün:
Ağ şokolad
Hazırlanması:
Əvvəlcə quru ərzaqlar yaxşıca qarışdırılır.Sonra ortasında çuxur açılaraq xırda doğranmış yağ və yumurta sarısı əlavə edilərək yumşaqxəmir yoğrulur.
Hazır xəmir sellofana bükülərək ən az 2 saatlıq soyuducuya qoyulur.
Xəmiri 1sm-dən azca nazik yayıb,formalarla kəsirik.
Peçenyeləri yağlanmış tavada 180 dərəcədə 15 dəqiqə bişiririk.
Soyuduqdan sonra peçenyaları bəzəyirik. Bunun üçün ağ şokoladı su hamamında əridirik və qənnadı şprisi vasitəsilə bəzəyirik.