Tərkibi:
200 qr yağ
1 st kəsmik
1,5 st un
1 x/q şəkər tozu
Vanel
Bir çimdik Azərduz yodlu narın xörək duzu
İçlik üçün:
Cem
Xırdalanmış qoz ləpəsi
Şəkər tozu
(İstənilən içlikdən də istifadə etmək olar)
Üzəri üçün:
1 ədəd yumurta
Pudra şəkəri
Hazırlanması:
Yağ kəsmiklə birlikdə blendr və ya mikserlə çalınır.
Şəkər tozu,duz, vanel töküb yaxşı qarışdırılır. Un əlavə edilib xəmir halına gətrilir
və 1 saat soyuducuda saxlanılır.
Xəmir 2-3 mm yayılıb şəkildəki kimi yumru dairələr kəsilir. Bıçaqla yarıya qədər kəsilir.
Dairənin aşağı hissəsinə içlik qoyulur, şəkildəki kimi birləşdirilib çanta forması verilir.
Çantalar kağız sərilmiş listə yığılır, üzərinə yumurta çəkilir.
180 dərəcədə hazır olana qədər bişirilir. Hazır olandan sonra üzərinə pudra şəkəri səpilir.
Çanta peçenyelərimiz hazırdır.
Nuş olsun!
(tərcümə edilib)