Tərkibi:
250 qram (1 stəkan) təzə moruq
300 qram süd
250 qram dondurma
3 xörək qaşığı şəkər tozu
Hazırlanması:
Moruqları yuduqdan sonra bir qazana yerləşdirib, üzərinə şəkər tozu əlavə edib qaynadırıq.
Soyumasını gözləyirik.
Soyuduqdan sonra bura südü və dondurmanı əlavə edib blender və ya mikserlə 2-3 dəqiqə qarışdırırıq.
Hazır kokteyli süfrəyə təqdim edə bilərsiz.
Nuş olsun !