Tərkibi:
3 ədəd yumurta (2-nin ağı götürülür)
250 qr. yumşalmış yağ
1 st. şəkər pudrası
1 paket vanel
1 paket qabartma tozu
2 x.q. kakao
Apardığı qədər un
İçi üçün:
2 ədəd yumurtanın ağı
1 st. şəkər pudrası
2.5 st kokos
Sürtgəcdən keçirilmiş portağal qabığı
3-4 x.q. portağal şirəsi
Hazırlanması:
Ərzaqların hamısını qarışdırıb yumşaq xəmir yoğururuq.
Xəmiri kiçik kündələrə bölürük.
Yumurtanın ağı, şəkər pudrası, portağal qabığı və şirəsini qarışdırırıq. Daha sonra kokosu da əlavə edib yenidən qarışdırırıq.
Xəmiri şəkildə gördüyünüz formada yayıb içinə hazır içlikdən qoyubağzını büküb əlimizdə yumrulayırıq.
Sonda listə yığıb 170 dərəcədə qızdırılmış sobada hazır olana qədər bişiririk.
Portağallı kokostar qurabiyyəmiz hazırdır.
Nuş olsun!