Əziz xanımlar,əgər siz sellülitdən əziyyət çəkirsinizsə, o zaman sizin köməyinizə soda vannaları çatacaq.
Bəs soda vannasını necə qəbul etməli?
35-37 dərəcədə qızdırılmış suya 300 qram soda, 500 qram dəniz duzu əlavə edin. 20-25 dəqiqə ərzində vannanı qəbul edin.
Bu vannanı istifadə etməklə arıqlamaq da mümkündür.
Digər bir antisellülit metodu adi silikon və ya rezin bankadır. Bu bankanı 5-15 dəqiqə ərzində problemli tərəfə masaj etmək gərəkdir. Masaja başlamadan öncə duş qəbul edin, mütləq skrabdan istifadə edib,masaj yağıni tətbiq edin.Bu bankaların üstünlükləri var. İstifadədə çox rahatdır. Əlinizlə bankanı sıxıb, problemli zonaya qoyursuz,amma fikir verin ki,dəriniz 1.5 sm. bankanın içində olsun. Masajı aşağıdan yuxarıya tərəf və ya ziqzaqvari hərəkətlə edin.Masajı bitirdikdən sonra su ilə yuyun və antisellülit kremini çəkin.