Tərkibi:
Portağal qabığı - 200 qr
Şəkər tozu - 200 qr
Limon şirəsi - 20 ml
Hazırlanması:
Bir qazana su töküb üzərinə portağal qabıqlarını əlavə edirik.
Suyu qaynamaq dərəcəsinə gətirdikdən sonra yenidən 15 dəqiqə qaynadırıq.
Suyu boşaldırıq. Yenidən təzə su töküb qaynadırıq. Bu prosesi 3 dəfə təkrarlayırıq.
Daha sonra qabıqları ətçəkən maşında çəkirik.
Çəkilmiş portağal qabıqlarının üzərinə 200 qr şəkər və limon şirəsi əlavə edirik.
Zəif atəşdə 30 dəqiqə bişiririk vəhazır olana qədər durmadanqarışdırırıq.
Cemi qatı, parlaq və ətirli olur.
Nuş olsun!
Qeyd:Cemi hazırlamaq üçün portağal qabıqlarını bir neçə gün toplayıb plastik torbaya qoyaraq soyuducuda saxlaya bilərsiniz.
(Tərcümə edilib)