Tərkibi:
2 yumurta2 stəkan şəkər tozu250 qr əridilmiş kərə yağı2 x.q. süd1,5 stəkan blenderdə xırdalanmış fındıq1 desert qaşığı darçın1 ədəd qabartma tozu1 ədəd vanil1 stəkan düyü unu3.5 stəkan un
Hazırlanması:
Kərə yağını əridin və soyumağa qoyun.Yumurtanı şəkər tozu ilə birlikdə mikserlə çalın.
Daha sonra kərə yağını və südü də əlavə edib mikserlə çalmağa davam edin.
Digər ərzaqları başqa bir qaba əlavə edib qarışdırın.
Daha sonra bu qarışığı əlinizlə yumurtalı qarışığa yedirərək yoğurun.Xəmirin üzərinə sellofan çəkib, 30 dəqiqə soyuducuda saxlayın.
Sonra soyuducudan çıxarıb 3 sm qalınlığında yayıb armudu stəkanla kəsin.
Listə yığıb 160 dərəcədə 15-20 dəqiqə bişirin.
Royal kremin hazırlanma qaydası:
Tərkibi:
1 ədəd yumurtanın ağı
Yarım desert qaşığı təzə sıxılmış limon şirəsi1,5 stəkan narın şəkər pudrası
Hazırlanması:
Yumurta ağını və limon şirəsini köpüklənənə qədər mikserlə çalın. Şəkər pudrasını asta-asta yumurtalı qarışığa əlavə edin. Qarışım şəkildəki görüntünü aldıqda mikseri söndürün, kremin üzərini sellofanla örtün.
Qeyd: Sellofanı kremin üstünü tam örtəcək şəkildə bağlamalısınız .Çünki krem hava ilə təmas etdiyi anda donacaq və istifadə edilməyəcək hala gələcək.
Kremdən 2 desert qaşığı götürüb bir kasaya qoyun. Götürdüyünüz kremə narıncı və sarı rəngli qida boyası qatıb qarışdırın. Təkcə sarı rəng də əlavə edə bilərsiniz. Ancaq narıncı rəng də əlavə olunsa, daha parlaq rəng əldə edəcəksiniz.
Gözlərinə (bəbək hissəyə) çörəkotu qoymaq şərtilə tort şpritsi vasitəsi ilə peçenyelərə şəkillərdəki formanı verin.
"Linzer" peçenyelərimiz hazırdır.
Nuş olsun!
Resepti tövsiyyəsinə görə Ceylan Mumoğluna təşəkkürlər