Tərkibi:
1 banka qatılaşdırılmış süd
2 ədəd yumurta
Çay qaşığının ucunda
Azərduz yodlu narın xörək duzu
Çay qaşığının ucunda soda
1 paket vanel
Apardığı qədər un
Qızartmaq üçün duru yağ
Hazırlanması:
Un,qatılaşdırılmış süd,duz,soda,vanel və yumurta qabın içərisinə tökülür.
Sonra bunlar qarışdırılaraq yumşaq xəmir yoğurulur.
Xəmirdən qoz boyda kündələr götürüb əlimizdə yumrulayırıq.
Daha sonra dərin bir qazana duru yağ töküb qızardırıq.
Budur, artıq hazırdır. Nuş olsun!