Tərkibi:
1 stəkan şəkər tozu
1 stəkan duru yağ
1 stəkan "Bizim Tarla" mürəbbələrindən istənilən birinin(ağ gilas, qoz, çiyələk, böyürtkən, gül, əncir, moruq) suyu
2 ədəd yumurta
Qabartma tozu
Vanil
Zövqə görə qoz və meyvə qurusu
2 x/q kakao
Apardığı qədər un (təxminən 3-4 stəkan)
Hazırlanması:
Yumurta ilə şəkər tozunu bir az çalırıq.
Yağı, mürəbbə suyunu, qozu, meyvə qurusunu əlavə edirik.
Sonra unu, qabartma tozunu, vanili xəmirin yarısına qatırıq, kakao əlavə edirik, ələ yapışan xəmir alınır.
Əlimizi yağlayıb xəmirə forma veririk.
Listə düzürük, 180 dərəcədə bişiririk.
Peçenyelərimiz hazırdır.
Nuş olsun!