Tərkibi:
1 stəkan şəkər tozu
3 ədəd yumurta
1 stəkan yağ tortası
1 stəkan qatıq
Vanil, soda, un
Hazırlanması:
Yağ tortasının üzərinə yumurtaları və şəkər tozunu əlavə edib mikserlə açılana qədər qarışdırırıq.
Alınmış qarışığa qatıq və soda əlavə edib yenidən qarışdırırıq.
Unu az-az əlavə edərək yumşaq xəmir yoğururuq.
Ət maşınını və tavanı yağlayırıq.
Xəmiri ət maşınından keçiririk.
Hissə-hissə bıçaqla kəsib yağlanmış tavaya düzürük.
Sirniyyatı kişmiş və ya fındıq ləpəsi ilə bəzəmək olar.
Sobada 200 dərəcədə bişirilir. Şirniyyatın alt hissəsi qızardıqda götürürük. Üstunə qənd tozu səpirik. Şirniyyatımız hazırdır.
Nuş olsun!