Tərkibi:
250 gr margarin (yumşalmış halda)
2 ədəd yumurta
1 st.pudra şəkəri
1 paket vanel
5 st.un
¼ armudu st.duru yağ
Arasına sürtmək üçün şokolad yağı
Hazırlanması:
Bir qabın içərisinə yumurta, yağ, şəkəri əlavə edib yaxşıca qarışdırırıq.
Sonra unu və vaneli əlavə edib yumşaq xəmir yoğururuq.
Xəmiri yayırıq.
Armudu stəkan ilə kəsirik.
Yarsının üzün çöp şişlə deşirik və listə yığırıq.
Öncədən qızdırılmış 170 dərəcəlik sobada üzəri qırmızımtıl olana qədər bişiririk.
Qurabiyyələr soyuduqdan sonra 1 qurabiyyəni götürüb üzərinə şokolad yağından sürtürük.
Onun üzərindən 2-ci deşik-deşik olan qurabiyyəni qoyuruq. Hamısını belə qaydada hazırlayırıq.
"Çokoprens" qurabiyyələrmiz hazırdır.
Nuş olsun!