Əziz xanımlar, bu dəfə sizə yağsız və sodasız bir tort təqdim etmək istəyirəm.
Tərkibi:
16 ədəd yumurta
4 stəkan şəkər tozu
4 stəkan un
Xəmir üçün rənglər:
qırmızı, yaşıl, kakao
Krem üçün:
2 paket krem şanti
2 stəkan süd.
Hazırlanması:
Əvvəlcə 4 yumurtanı bir qabda şişənə qədər mikserlə qarışdırırıq.
Sonra bir stəkan şəkər tozu əlavə edib 2-3 dəqiqə yenə qarışdırılır.
Unu əlavə edirik.( Amma mikseri işlətmədən, 30 saniyəyə qarışdırılmalıdır.)
Bu birinci biskivitin hazırlanması idi. Bu xəmirə rəng vurmadım.
Kakaolu,
Yaşıl rəngdən istifadə etmişəm.
Qırmızı rəngdən istifadə etmişəm. Daha fərqli rəng almaq üçün, rəngi bir az çox və ya az vurmaqla istədiyiniz rəngi ala bilərsiniz.
Qed etmək istəyirəm ki, tortun xəmirini hazırlamazdan əvvəl, sobanı 250 dərəcədə qızdırmaq, xəmiri bişirəcəyiniz listi yağlayıb, unlamaq lazımdır.
Xəmiri hazırlayan kimi listə toküb bişməyə qoyun, tez bişdiyi üçün xəmir üz aldıqdan sonra tez tez çevirib hər tərəfinin bişməsini gözləmək lazımdır.
Bişmiş biskiviti yaş dəsmalın üzərinə qoyub, rulet kimi bükürük.
Bükülmüş biskiviti soyuducuya soyumağa qoyuruq.
Biskivitlər soyuduqdan sonra istədiyiniz cemi arasına yaxıb təzədən rulet kimi bükün.
2 qutu krem şantini (hər qutunun içərisində iki paket olur) bir qaba töküb, üzərinə iki stəkan soyuq süd əlavə edib, mikreslə krem halına düşənə qədər qarışdırırıq.
Kakao vurub rəngini dəyişə bilərsiniz, belə sadə də saxlaya bilərsiniz.
Hər bir ruleti 9 hissəyə bölürük. Rəngli görünməsi üçün hər birinin yanını kremləyib sıx-sıx düzürük.
Bu sizin zövqünüzdən də aslıdır, istəsəniz halqa şəklində də düzə bilərsiniz.
Belə bir görüntü alınır, hərə öz zövqünə görə bəzəyə bilər.
Nuş olsun!