Artıq çəki təkcə qadınlar üçün deyil, həm də kişilər üçün də başlıca problemlərdən biridir. Ən əsas da bel və kürək piylənmələri narahatlıq doğurur. Elə bir pəhriz yoxdur ki, kürək nahiyəsi piylənməsini əritsin. Bəs bu piylənmənin səbəbləri nədir?
Kürək və bel nahiyyəsindəki piylərin əmələ gəlməsi düzgün qidalanmamaq, vaxtsız axşam yeməkləri, oturaq vəziyyət, hərəkətsizlik, stress və s. səbəblərdən yaranır. Bu, təkcə kökəlməyə gətirib çıxarmır. Hətta böyrək ağrıları və bel yırtıqlarının da əmələ gəlməsinə səbəb olur.
Bəs belə hallarda nə etməli?! Bəzi insanlar çarə kimi plastik əməliyyatlara üz tuturlar. Amma bunu da unutmaq lazım deyil ki, bu əməliyyatlar çox riskli olur. Və yaddan çıxarmayaq ki, bu piylərin təkrarən yarana bilər. Nə qədər ki, günün çox hissəsini oturaq vəziyyətdə keçirirsiniz, piy və artıq çəki sizdən uzaq qalmayacaq.
Bu piyləri əritmək mümkündürmü? Əlbəttə, mümkündür. Bu piyləri əritmək üçün idman etmək, qaçmaq, üzmək, rejimlə qidalanmaq, stressdən uzaq qalmaq lazımdır. Daha çox hərəkət etməlisiniz. İşə və evə gedərkən, alış-verişə çıxarkən piyada getmək, səhərlər qaçmaq, gün ərzində aktiv hərəkət etmək piylərin yaranmasının qarşısını almaq üçün gözəl üsullardır.
Üzmək
Piyləri əritməyin ən yaxşı üsullarından biri üzməkdir. Bunun üçün həftədə ən azı 2-3 dəfə üzgüçülüklə məşğul olmalısınız.
İdman alətləri
Qantel və yaxud plastik su şüşələrindən istifadə edin. Daha ağır olması üçün plastik su şüşəsinin içini su və yaxud qum ilə doldurmaq lazımdır. Bu vasitə ilə gün ərzində 30 dəqiqə məşq edin.
Əziz xanımlar, çalışın hər zaman gözəl qalın. Siz buna dəyərsiniz!