Tərkibi:
2 kq badımcan
1 kq pomidor
0,5 kq şirin bibər
2 baş sarımsaq
250 qr acı bibər
1 stəkan duru yağ
3 xörək qaşığı Azərduz yodlu narın xörək duzu
1 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı sirkə
Hazırlanması:
Tərəvəzlərin qabığı soyulur, yuyulur,pomidorlar halqa-halqa doğranır.
Badımcanlar da uzun-uzun doğranır.
Bibərlər təmizlənir, şəkildəki kimi doğranır.
Acı bıbər və sarımsaq da əlavə edilir.
Duz, şəkər tozu əlavə edilir.
Sonda duru yağ tökülür, odun üstündə bişməyə qoyulur. Əvvəlcə vam atəşdə bişirilir ki, suyu çıxsın. Sonra isə bərk atəşdə bişirib yağa düşməsini gözləyin. Tez-tez qarışdırmaq lazımdır ki, qazanın dibi yanmasın.
Qatı hala düşdükdən sonra 1 xörək qaşığı sirkə əlavə edib qaynar halda bankalara yığırıq. Çalışmaq lazımdır ki, banka qapaqları təzə olsun və onları qaynatmaq lazımdır.
Salatımız hazırdır. Qış aylarında kotletin, qızarmış kartofun yanında süfrəyə verilir. Çox dadlıdır.
Nuş olsun!