Tərkibi:
2 kq. badımcan
0,5 kq. şirin bibər
2-3 acı bibər,
3-4 diş sarımsaq (zövqə görə)
1 xörək qaşığı nanə qurusu
2 xörək qaşığı Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Əvvəlcə badımcanların qabığı soyulub yuyulur, doğranılır.
Odun üstündə duzlu su qızdırıb doğranmış badımcanları suya töküb qaynadırıq. Əlimizlə bişməsini yoxlayırıq, nə bərk olsun, nə də çox yumşaq.
Bişmiş badımcanları aşsüzənə tökürük.
Badımcanın suyu süzülənə qədər bibər və sarımsaqları doğrayırıq.
Bütün qarışığı bir yerə töküb,quru nanə əlavə edirik.
Duzlu və ya duzsuz olmasına bir də baxıb, 2 xörək qaşığı sirkə töküb qarışdırırıq.
Alınmış kütləni bankalara yığıb, ağzını bağlayırıq.
Qış aylarında küftə bozbaşla nuş edin.