Tərkibi:
3 kq qırmızı bibər
1,5 kq pomidor
150 qr şəkər tozu
150 qr bitki yağı
300 qr sarımsaq
5 ədəd qırmızı acı bibər
70 ml sirkə 9%(uksus)
2 x/q Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Pomidor ət maşınından keçirilir.
Eləcə də bibərlər maşından keçirilir.
Çəkilmiş pomidor və bibərlər qazana əlavə edilir, üzərinə şəkər tozu,yağ,duz əlavə edilib qaynamağa qoyulur.
20 dəqiqə qaynadılır.
Sarımsaq təmizlənib maşından keşirilir.
Qazana əlavə edib hazır olana qədər bişirilir.
Hazır olmağa 6-7 dəqiqə qalmış sirkə əlavə edilib qarışdırılır. Sterilizə edilmiş bankalara yığıb bağlanılır.
Acikamız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)