Tərkibi:
Zoğal
Şəkər tozu
Şüşə qablar
Hazırlanması:
Əvvəlcə zoğalı yuyub aşsüzənə yığırıq ki, suyu çəkilsin. Sonra qışda istifadə etdiyimiz kompot qablarını qapaqları ilə birgə yuyub, sonra qaynar su ilə yaxşıca yaxalayırıq.
Sonra bir qədər zoğal əlavə edirik.
Daha sonra bir armudu stəkan şəkər tozunu zoğalın üstünə əlavə edirik.
Qaynar suyu ehtiyatla qaba əlavə edib qapağını kip bağlayırıq.
Yanı üstə çevirib bir neçə dəfə silkələyirik ki, şəkər tozu ərisin.
Qış tədarükümüz hazırdır.