Əziz Qadin.Netlilər, ana olan xanımlarımız bilir ki, uşağı hər dəfə yeməkdən razı salmaq çox çətin olur. Bunu istəmirəm ,onu istəmirəm deyən uşaqlar çoxdur. Bu gün sizlərə uşaq yeməklərindən birini, həm çox xeyirli və həmdə dadlı uşaq yeməyi reseptini açıqlayıram.
Tərkibi:Kəsmik 600 qr2 ədəd yumurta50-70 qr kərə yağı0,5 st mannı1 st süd5 x. qaşığı şəkər1 st kişmiş
"Bizim Tarla" mürəbbələrindən istənilən biriHazırlanması:Əvvəlcə südlə mannı yarmasını qarışdırırıq ki bir az mannı şişsin.
Kəsmiyi xəlbirdən keçiririk, buna təmizlənib yuyulmuş kişmiş, yumşalmış yağ əlavə edib qarışdırırıq. Əvvəlcədən hazırlanmış südlə mannı qarışığını bura əlavə edirik. Axırda yumurta və şəkər əlavə edib qarışdırırıq.
Sonra bu qarışığı tökəcəyimiz qabı yağlayırıq və qarışığı ora tökürüb sobada 50 dəq bişiririk.
Süfrəyə doğrayıb veririk. Uşaqlar şirin xoşladığından zapekankanın üstünə mürəbbə və ya şokoladı sürtgəcdən keçirib səpə bilərik.
Buyurun zapekankamız hazırdır. Nuş olsun!