Bu resept 3 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulub.
Lazım olanlar:
600 qr toyuq ciyəri
4 x.qaşığı buğda unu
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Toyuq ciyərini doğrayıb,yuyub,duzlayırıq.
Bir qaba un tökürük.
Sonra ciyər tikələrini o üz-bu üz una batırırıq.
Tavaya duru yağ töküb ciyərləri qızartmağa başlayırıq.
Daha sonra qızarmış ciyərlərin üstünə 100 q su əlavə edib,15 dəq qapağı bağlı bişiririk.
Ciyərimiz hazırdır.Qızarmış toyuq ciyərini qarabaşaq sıyığı və ya kartof püresi ilə uşağa vermək olar.
Körpələrimizə nuş olsun!