Tərkibi:
3 pizza üçün:Quru maya - 1 çay qaşığı Su - 300 mlBuğda unu - 500 qZeytun yağı (günəbaxan yağı da olar) - 3 xörək qaşığıŞəkər tozu - 3 çay qaşığı
"Bizim Tarla" soyulmuş pomidorları
Qaynanmış toyuq kubikləri
Pendir
Pomidor sousu
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:Pizzanı hazırlamaqdan ötrü birinci xəmiri hazır etməyimiz lazımdır.İsti südə maya və şəkər tozu əlavə edib 10 dəq gözləməyə qoyuruq.
10 dəqiqədən sonra bu qarışığı qarışdırırıq.
Unu ələyirik.
Sonra ələnmiş unu, duzu və zeytun yağını qarışığa əlavə edirik.
Xəmiri 5 dəq. yoğurmaq lazımdır.Əvvəlcə xəmir əlinizə yapışacaq,sonra düzələcək.Xəmir hazır olanda sığallı görünməlidir. Hazır xəmirin üstünü örtüb,isti yerdə 30 dəq. acımağa qoyuruq.
Xəmir acıyan zaman biz pizzanın içliyini hazırlamağa başlayırıq.Pizzanın içliyini aşağıdakılarla hazırlamaq olar:pomidor sousu,qaynanmış toyuq kubikləri,yumru doğranmış pomidor və sürtgəcdən keçirilmiş pendir;pomidor sousu,vetçina,pomidor və sürtgəcdən keçirilmiş pendir;pomidor sousu,vetçina,brokkoli,pomidor və sürtgəcdən keçirilmiş pendir;pomidor sousu,vetçina,şirin istiot,pomidor,yumru soğan dilimləri və sürtgəcdən keçirilmiş pendir;Xəmiri acıyandan sonra onu 3 hissəyə bölürük.
Sobanı 250-270 dərəcəyə qədər qızdırırıq.Listi də yaxşı qızdırırıq və yağlayırıq.Listin ortasına xəmiri qoyuruq.Əlimizlə xəmiri list boyu açırıq.
Xəmirin qıraqlarına az miqdarda pendir qoyub,şəkildəki kimi qatlayıb bururuq.
Ortasına pomidor sousu yaxırıq.
Qaynanmış toyuk tikələrini tökürük.
Pomidor dilimlərini düzürük.
Üstünə sürtgəcdən keçirilmiş pendir səpirik.
Pizzanı qızılı rəngə çalana qədər bişiririk.
Pizzamız hazırdır,nuş olsun!
Resept tərcümə olunub.