Bu resept 2 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Lazım olanlar:
Kəsmik - 200 qŞəkər tozu - 150 qKərə yağı - 20 qYumurta - 2 ədədBuğda unu -150 qSoda-1/2 çay qaşığı
Hazırlanması:
Yağa şəkər tozu əlavə edib qarışdırırıq.
Kəsmik əlavə edib qarışdırırıq.
Yumurtanı mikserlə çalırıq.
Kəsmikli-yağlı qarışığa çalınmış yumurtanı əlavə edirik.
Un və soda əlavə edib yaxşı qarışdırırıq.
Listi və ya formalı qabı yağlayıb, qarışığı tökürük.
Hazır olana qədər bişiririk. Piroqun üstü ağ rəngdə olmalıdır.
Piroqumuz hazırdır.
Nuş olsun!
Resept rus saytından tərcümə olunub.