Əziz xanımlarımız! Bu dəfə sizlərlə axtarış nəticəsində tapdığım bu resepti paylaşmaq istədim. Uşaqlarınızın sevimli yeməyi ola biləcək bu resept mənim çox xoşuma gəldi. Ümid edirəm ki, siz də bəyənəcəksiniz.
Lazım olan ərzaqlar:
4 ədəd pomidor
200 qram kolbasa
2 ədəd yumurta
200 qram konservləşdirilmiş qarğıdalı
Pendir
Göyərti
"Bizim Süfrə" klassik mayonezi
Azərduz yodlu narın xörək duzu
Hazırlanması:
Əvvəlcə yumurta və kolbasa doğranır.
Üzərinə xırda doğranmış göyərti, qarğıdalı,azacıq duz və mayonez tökülüb qarışdırılır.
Pomidorlar yuyulur, başından bir hissəsi kəsilir və içi təmizlənir.
Hazırlanmış içlik pomidorun içinə əlavə olunur. Sonda isə pendirdən "ayaqlar", göyərtidən "saç" düzəldilir və mayonezdən ağız, burun və göz çəkilir.
Nuş olsun!