Tərkibi:
400 qr sümüksüz balıq əti (mən fareldən istifadə etdim)
1 ədəd soğan
5 x.q. mannı
1 ədəd yumurta
Keşniş, şüyüd (istəyə gorə)
100 qr.holland pendiri
Üyüdülmüş suxari
Duru yağ (qızartmaq üçün)
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
İlk öncə balıq əti və soğan ət maşınından çəkilir,üzərinə mannı,yumurta,göyərti,duz,istiot vurulur. Yaxşıca qarışdırılır,10 dəqiqə bir kənarda saxlanılır.
Holland pendiri kubik formada doğranılır.
Əlimizə ət alıb ortasını oyuq hala salırıq.
Sonra ətin ortasına pendir qoyub əti yumruhala salırıq.
Sonra bir balaca üzərini suxariyə batırırıq.
Əvvəlcədən isidilmiş duru yağda orta odda qızardırıq.
Budur, artıq mannılı balıq şarlarımız hazırdı. Süfrəyə verərkən yanında qarnir kimi mütləq kartof püresi verilməlidir.
Nuş olsun!
P.S. Bilirəm, çoxunuz reseptə baxanda deyəcəksiniz ki, balıq və pendir bir arada görən dadı necə olar? Sizə onu deyim ki, mənim uşaqlarım bu yeməyi çox sevirlər. Onlara balıq ətini ancaq bu şəkildə yedizdirə bilirəm. Kim istəsə, içinə pendir qoymadan da bişirə bilər.