Tərkibi:
1 ədəd toyuğun döş əti
200 qram əla növ un
3 ədəd yumurta
Qarğıdalı lopaları
Kərə yağı
Azərduz yodlu narın xörək duzu,istiot
(Bu ərzaqlar 4 nəfər üçün nəzərdə tutulub)
Hazırlanması:
Yumurtanı dərin qabda çalırıq.
Başqa qaba un tökürük.Qarğıdalı lopalarını xırdalayıb əzirik.
Mətbəx taxtasında toyuğun döş ətini artıq hissələrdən təmizləyirik.
Kəsilmiş tikələri boşqaba yığıb duz, istiot, ədviyyatlar vurub qarışdırırıq.
Fileni əvvəlcə una, sonra yumurtaya, sonra isə qarğıdalı ovuntusuna batırırıq.
Sobanın listini kərə yağı ilə yaxşıca yağlayırıq.
Fileni listə yerləşdirib üzərini kistlə yağlayırıq, 200 dərəcədə 15 dəqiqə bişiririk.
Hazırdır.
Nuş olsun!