Lazım olan ərzaqlar:
Yumurta ağı - 4 ədəd
Şəkər kirşanı - 450 qram
Un - 80 qram
Vanil - 1 qram
Qoz - 250 qram
Krem üçün :
Şəkər tozu - 150 qram
Kərə yağı - 500 qram
Yumurta sarısı - 1 ədəd
Süd - 110 qram
Vanil - 1.5 qram
Kakao - 50 qram
Bitki yağı - 50 qram
Hazırlanma qaydası :
Qoz və ya fındıq tavada biraz qovurulur, sonra blendrdə ovuntu halına salınır.
200 qram şəkər kirşanı ilə yumurta ağları bərkiyib parlaq hala düşənə kimi mikserlə çalınır.
Ayrı bir qabda qalan 250 qram şəkər kirşanı, vanil, ələnmiş un və üyüdülmüş qoz qarışdırılır. Bu qarışığa əvvəl hazırlanmış qarışıq (şəkər kirşanı və yumurta ağlarından ibarət qarışıq) əlavə edilib, ehtiyatla qarışdırılır.
Elə edilməlıdır ki, həcmi azalmadan kütlə tam qarışıb xəmir halına düşsün.
Xəmir iki hissəyə bölünür. Yağlı kağız salınmış formanın içərisinə tökülür.
Sobada 120 dərəcədə 2 saata yaxın bişirilir. Bişirilən zaman ilk 15 dəqiqə sobanın qapısı azca aralı saxlanılır. Hazır biskvit bezeyə bənzər, bir az da çatlamış olur.
Kremin hazırlanma qaydası :
Yumurta sarısı, şəkər, süd qarışdırılır, vam odda qatılaşana qədər bişirilir. Hazır olandan sonra soyuması üçün kənarda saxlanılır.
Kərə yağı mikserlə çalınır, üzərinə hazırlanan südlü qarışıq soyuq halda əlavə olunur.
Tam qarışana qədər mikserlə çalınır.
Sonra krem də iki hissəyə bölünür. Birninə kakao və bitki yağı əlavə olunur.
Səliqəli alınması üçün biskvit yanları açılan forma içərisinə qoyulur.
Üzərinə ağ rəngli krem çəkilir.
Digər biskvit üzərinə qoyulur. Kənarları kremlənir.
Kakaolu krem isə ən sonda üzərinə çəkilir.
Tortun qıraqları isə biskvitin kənarlarından ayrılan qrıntılar ilə örtülür.
Artıq " Kiyev " tortu hazırdır.
Nuş olsun!