Tərkibi:
1 kq qaynadılmış kartof
300 qram vetçina (zövqə görə ət də götürmək olar)
2-3 ədəd pomidor
200 qram Holland pendiri
2-3 x/q "Bizim Süfrə" klassik mayonezi
Göyərti
"Azərduz" yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Qaynadılmış kartofu ikiyə bölüb çay qaşığı ilə içini oyuruq.
Vetçinanı, kartofun içini, pomidoru, göyərtini doğrayıb mayonezi də bura əlavə edirik.
Yaxşı-yaxşı qarışdırırıq.
Hazır içliyi kartofların içinə doldurub sobanın listinə yığırıq və üzərinə sürtgəcdən keçirilmiş pendir əlavə edirik.
Pendir tam əriyənədək bişiririk.
Nuş olsun!
(Tərcümə olunub)