Əziz xanımlar, biz hamımız kabab deyəndə ağlımıza ilk manqal gəlir. Amma bunu ev şəraitində də hazırlamaq mümkündür, buyurun tanış olun.
Tərkibi:
500 qram çəkilmiş mal əti
150-200 qram quyruq
Yarım ədəd bolqar bibəri
1 baş soğan
2 diş sarımsaq
Yarım dəstə keşniş
"Azərduz" yodlu narın xörək duzu, istiot
Ət üçün xüsusi ədviyyat qarışığı
Hazırlanması:
Əvvəlcə əti və quyruğu ətçəkən maşının xırda gözündən keçiririk. Sonra bibər, sarımsaq, soğan və keşnişi blenderdə xırdalayırıq, duz, istiot və ədviyyatla birgə ətə əlavə edirik.
1 saata yaxın soyuducuda saxladıqdan sonra əti xüsusi çöplərə şəkildə göstərildiyi kimi sarıyırıq.
180 dərəcədə sobada bişiririk, hazır olandan sonra yüngül tərəvəz salatı ilə süfrəyə veririk.
Nuş olsun!