Tərkibi:
4 ədəd yumurtanın ağı
1 st şəkər
1 ç.qaşığı limon suyu
Krem üçün:
5 x.q qatılaşdırılmış süd
50 qr marqarin
50 qr kakao
Xırdalanmış,unlanmış qoz
Hazırlanması:
Yumurtanın ağını beze olanadək çalırıq.Şəkər və limon suyunu töküb yenidən qatı məhlul alınanadək çalırıq.
Tavanı azca isidib yağlayırıq.
Məhlulu tavaya tökürük.Bunun üçün sellofan paketlərdən və yakrem şprislərindənistifadə etmək olar.
15 dəqiqə 200 dərəcədə bişiririk.
Daha sonra krem üçün yağı və qatılaşdırılmış südü qarışdırırıq.
İçinə una batırılmış qozu və kakaonu töküb yenidən qarışdırırıq.
Krem hazırdır.
Bu vaxtadək bezelər bişir. Sobanı söndürüb bezeləri 10 dəqiqə sobada saxlayırıq. Sonra soyudub iki-iki olmaqla kremləyirik.
Nuş olsun!