Tərkibi:
500 qram mal əti
1 ədəd baş soğan
1 ədəd yerkökü
1 ədəd badımcan
1 ədəd bibər
1 ədəd acı bibər
3 ədəd pomidor
1-2 diş sarımsaq
2 x/q kərə yağı
3 x/q duru yağ
Göyərti
Azərduz yodlu narın xörək duzu, istiot
Hazırlanması:
Əti tikələrə bölürük.
Soğanı doğrayırıq, ətə əlavə edib tavaya kərə yağı və duru yağı töküb bir yerdə qovururuq.
Yerkökünü doğrayıb əlavə edirik.
Badımcanın qabığını soyuruq, doğrayırıq. Bibəri də doğrayırıq.
Tavaya əlavə edirik.
Bunları yaxşıca qarışdırırıq.
Pomidoru sürtkəcdən keçiririk.
Tavaya əlavə edirik.
Acı bibəri, duzu, istiotu, göyərtini, sarımsağı əlavə edib qarışdırırıq.
Hazır kütləni sobanın xüsusi qabına yerləşdirib 1 saat müddətinə bişməyə qoyuruq.
Gürcüsayağı ət yeməyimiz hazırdır.
(tərcümə olunub)