Tərkibi:
350 qram qara gavalı
200 qram şokolad
150 qram qoz ləpəsi
Hazırlanması:
Əvvəl şokoladı əridirik.
Hər bir gavalının içinə ölçüsünə uyğun qoz salırıq.
Şokolad yaxşıca əriyəndən sonra (heç bir duyun qalmamalıdır)qara gavalıları isti şokolada batırırıq.
Daha sonra gavalıları yavaş-yavaş şokoladdan diş çöpü ilə çıxarıbəvvəlcədən yağlanmış boşqaba yığırıq.
Daha sonra gavalılarımızı soyuducuya qoyuruq ki, şokoladı bərkisin.
Çox dadlı və asanlıqla hazırlanmış şokoladlı gavalılarımız hazırdır.
Nuş olsun!