Tərkibi:
Un
1 stəkan su
50 ml. duru yağ
250qr. kərə yağı.
1 çay qaşığı sirkə(uksus)
Azərduz yodlu narın xörək duzu
İçlik üçün:
2 ədəd soğan
1 dəstə ispanaq
2 ədəd yumurta
Bir az bərk pendir
Suyu bir az isidib, duru yağı, sirkəni, duzu əlavə edib yumuşaq xəmir edib 30 dəqiqə saxlayırıq. Xəmir bir az qaldıqdan sonra iki hissəyə ( biri balaca, biri böyük) ayırırıq.
Əvvəlcə iri kündəni yayırıq.
Kündəni yaydıqdan sonra 250qr. yağı yuxanın yalnız kənarlarına sürtürük. Orta hissə isə qalır.
Yağlanmış kündənin orta hissəsini kəsmədən kənarlarını kəsirik.Və kəsik hissələri ortaya bir-birinin üstünə yığırıq. Təpə kimi kündə alınır, üstünə un səpib təzədən yayırıq.
Yaxşı olardı ki, 10-15 dəqiqə saxlayıb sonra yayılsın.
Kündəni yaydıqdan sonra bir qaba yerləşdiririk, amma kənarları qabdan çıxmalıdır.
İçliyi hazırlamaq üçün isə,ispanağı, soğanı bir az yağda oldürüb, üstünə pendiri əlavə edib xəmirin üstünə səpirik. 2 yumurtanı bir qabda yaxşıca qarışdırıb bu içliyin üstünə gəzdirərək tökürük.
İkinci kündəni də qabın içi boyda yayıb içliyin üstünə sərib, qabın kənarında qalan hissıni də içəri doğru bura-bura bükürük.
200 dərəcədə 40 dəqiqə ərzində bişməlidir. Piroq artıq hazırdır.
Nuş olsun!