İşləyən qadının əhvalı və onun iş qabiliyyəti əksərən onun yeməyindən asılıdır.Orqanizmin müəyyənqidaya tələbatı işin xarakteri ilə təyin edilir.Fiziki iş energetik "yanacaqla" zəngin qida tələb edir. Zehni işlə məşğul olanlar öz qida rasionlarına fosfor birləşmələri,zülal,vitaminlərlə zəngin olan ərzaqəlavə etməlidirlər.
Orqanizmə enerji verən karbohidrat və yağları zülallarla elə tamamlamaq lazımdır ki,bunların miqdarıbütün enerjinin 30%-ni versin.Zülallar çatışmadıqda azotun ifrazı çoxalır ki,bu da orqanizmin susuzlaşmasına səbəb olur.Mineral duzlar nəinki tikinti materialı kimi,həmçinin kimyəvi reaksiyaları sürətləndirən maddələr -katalizatorlarkimi də çox vacibdir.Onlar sinir və əzələ liflərinin oyanmasının lazımi səviyyəsini təmin edir ,orqanizmin toxumalarında turşu-qələvi tarazlığını saxlayır.Məsələn,kəsirliyi həm zehni,həm də fiziki iş zamanı əməkqabiliyyətini azaldır.Fiziki iş zamanı orqanizmin B qrupu vitaminlərinə tələbatı kəskin surətdə artır.İsti yerlərdə işləyərkən tər ilə birlikdə B qrupu,C və PP vitaminləri də itir.B və C vitaminlərinin çatışmaması isəyorğunluq hissi yaradır ki,bu da əmək məhsuldarlığını aşağı salır.Orqanizmin həyat qabiliyyətinin yaxşılaşmasında qidanın oynadığı rolu BMT-nin nəzdindəki ərzaq və kənd
təsərrüfatı məhsulları komitəsi qısa və çox dürüst göstərmişdir: "Düzgün qidalanma sayəsində insan qüvvətli orqanizmə,iti zəkaya,möhkəm sağlamlığa,uzun müddətli yaradıcı ömrə,ya da..."cavan qocalığa" malik olur."Düzgün qidalanmamanın nəticəsində orqanizm zəifləyib xəstəliklərə müqavimət göstərə bilmir,təfəkkür ləngiyir,yorğunluq və gücsüzlük,vaxtından əvvəl qocalma ola bilər.
Ən böyük səhv səhər yeməyinin tələsik yeyilməsi,ya da işə acqarına getməkdir.Bu,həm sağlamlığa,həm də iş qabiliyyətinəpis təsir göstərir.İşə getməmişdən əvvəl yeyilən səhər yeməyi 4-5 saat ərzində yaxşı işləməyə imkan verir.Bundan sonra iş qabiliyyəti zəifləyir.Onun bərpa olunması üçün qısa istirahət və nahar eləməklazımdır.Lakin ağır fiziki işlə məşğul olanlar çox yeməməlidirlər.çünki doyunca yeyəndən sonra adam özünüağır hiss edir və yatmaq istəyir,bu da işə mane olur.Belə hallarda onlar əsas yemək olan naharı işdən bir azsonra yeməlidirlər.Zehni əməklə məşğul olan və günün çox hissəsini stol arxasında keçirən adamlara məsləhətgörərdik ki,az-az,ancaq tez-tez yesinlər,yüksək kalorili.yağlı,ya da köpmə verən tərəvəzlərdən (noxud,lobya və s.)
çəkinsinlər.Düzgün qidalanma orqanizmin peşə xəstəliklərinə müqavimətini artırır.Düzgün qidalanmayan,tamdəyərli qidaqəbul etməyən adamların orqanizmi sağlamlığa zərər yetirə biləcək maddələrə az müqavimət göstərir.Ən təhlükəli hal isə orqanizmdə tamdəyərli zülalların,kalsium və vitaminlərin çatışmamazlığıdır.