Bayramdan sonra çəkinin artmasının səbəbləri aydındır,amma onları bir daha xatırlatmalıyam.Birincisi,bu, yağlı qidalardır;
mayonezli salatlar, müxtəlif növ ət xörəkləri.
Yağların bol olması isə mədəaltı vəziyə böyük zərbədir. Onun funksiyasının pozulması insulin mübadiləsində dəyişikliyə gətirib çıxarır. Bu o deməkdir ki, hər səmimi əyləncə məclisindən sonra piy yığımı bayram günlərindən sonra daha intensiv hal alır. Bundan əlavə, orqanizmdə artıq mayeni ləngidən konservləşdirilmiş və bir çox duza qoyulmuş məhsulları, hisə verilmiş ərzaqları, ağır ət xörəklərini də misal göstərmək olar. Nəticədə şişmanlıq və yeni-yeni kilolar…
Ikincisi, bayram günlərində bir qayda olaraq əyləncə məclisi ilə kifayətlənmirik. Bir neçə gün qonaq gedir, dostlarımız və qohumlarımıza baş çəkir, süfrəyə düzülmüş hər cür nemətdən yeməyə başlayırıq. Xüsusilə də “Yeni ili necə qarşılasan, elə də keçirərsən” xalq məsəlini özümüzə nümunə gətiririk. Amma bu fikri də unutmaq olmaz: insan qarşısında nə qədər yemək görürsə (üstəlik, zövqlə bəzədilmiş), o qədər də çox yemək istəyir.
Bundan əlavə, bəzən artıq çəki yeməkdən çox, psixoloji asılılıqla bağlı olur. Məsələn, əhvalımızı bir az da qaldırmaq üçün soyuducunu açır, müəyyən sevdiyimiz yeməklərdən götürürük. Bu cür insanlar bayramdan 10-14 gün sonra da yeməyə davam edir. Beləcə, nə qədər çox “start” kilolar alırıqsa, bir o qədər sürətlə kökəlirik.