Aromaterapiya şəxsin əhval-ruhiyyəsinə və ya davranışına təsir göstərmək üçün ətirin istifadəsidir. Bundan stresin azaldılmasından tutmuş, dərinin vəziyyətini yaxşılaşdırmağa kimi bir çox məqsədlər üçün isdifadə edilir.
Tarixi
Müəyyən sağlıq problemlərini həll etmək üçün aromaterapiyanın praktikada istifadəsi ənənəvi tibbdən daha uzun müddət mövcud olmuşdur. Mühüm yağlar xəstəliyin qarşısını almaqda və dini mərasimlərdə yüz illər ərzində istifadə edilmişdir.
Emosiya
Aromaterapiya psixoloji vəziyyətlərdə effektiv nəticə verir. Qoxular tez-tez adamlara keçmiş hadisələri və xatirələri xatırladır. Bəzi ətirlər çox nostaljik olmaqla, insanların özlərini yaxşı hiss etməsinə səbəb ola bilər.
Əhval-ruhiyyə
Aromaterapiya gərginliyi, depressiyanı, mənfi enerjini və başağrıları azalda bilər. Bitkilərdən alınmış mühüm yağlar və başqa otlardan düzəlmə maddələri nəfəsinizə çəkmək sizi sakitləşdirər və rahatlaşdırar.
Dəriyəfaydası
Mühüm yağlar müəyyən dəri problemlərinə kömək etmək üçün üz kremləri və losyonlara əlavə edilə bilər. Bəzi yağlar göbələk infeksiyaları və soyuqdəymə zamanı yaranan sızanaqları müalicə etmək üçün istifadə edilir. Lavanda yağı kimi yağlar, yanıqlar və həşəratın sancmaları üçün faydalıdır.
Saçafaydası
Mühüm yağlar saçda istifadə edilə bilər. Rozmarin kimi bir qədər aromaterapiya yağı saçda böyüməni stimullaşdırır. Çay ağac yağı kəpəyin müalicəsi üçün effektiv aromaterapiya yağı olaraq göstərilmişdir. Əgər dəriniz və ya saçınız üçün mühüm yağlardan istifadə edirsinizsə, bunu bilavasitə saça və dəriyə tətbiq etmək lazımdır.
Mühüm aroma yağları və onların istifadə məqsədləri
Çox bitkinin ekstraktı onların mühüm yağlarını hazırlamaq üçün toplanılır. Aromaterapiyada bu yağlardan bədəni və beyni sakitləşdirmək üçün həmin hissələrə çəkilir. Bu yağlardan istifadə edərkən onun effekti insanı rahatlaşdırması, iltihablanmış əzələləri sakitləşdirməsi və ya güclındrməsi zamanı daha aydın hiss olunur.
Mühüm yağlar necə işlədilir?
Mühüm yağlar ətirli bitkilərdən alınır və bunları qoxlayan zaman, onların xeyirli komponentləri beyinin emosional mərkəzini stimullaşdırır. Massajlarda istifadə edilən yağlar isə dərini, dəri toxumalarını və orqanları stimullaşdırmaq üçün sorulur.
Mühüm yağların tipləri
100-dən çox müxtəlif mühüm yağlar var. Bunları ya tək istifadə edə bilərsiniz və ya başqa yağlar ilə qarışdıra bilərsiniz.
Mühüm yağ nümunələri
Sitrus yağlarını təzələmək üçün çox insan ona bənzər aromağa yağlarına müraciət edir. Sitrus yağları sizin əhval-ruhiyyənizi qaldıra bilər və sizi həvəsləndirə bilər. Şirin portağalın yağı sitrus yağının nümunəsidir və bunun özü təklikdə və ya nanə yağı, ədviyyat cövhəri ilə qarışdırılmış formaları məşhurdur.