Aromaterapiya, bitkilərdə olan uçucu yağlarla edilən müalicə sisteminə verilən addır. Uçucu yağlar otaq temperaturunda buxarlandıqları üçün onlara "efir yağları" da deyilir.
Təxminən 6000 illik bir keçmişə sahib olan aromaterapiyanı ilk olaraq mumiya istehsalında qədim Misir sivilizasiyası tərəfindən istifadə edildiyi bilinməkdədir. Həmçinin o vaxtlar,qədim Çin sivilizasiyası tərəfindən də aromaterapiya yağları və bitkiləri Tanrıya olan təşəkkürün bir ifadəsi olaraq istifadə edilməkdə idi. Aromaterapiyanı müalicə və gözəllik məqsədiylə istifadəsi isə ilk olaraq qədim Yunan mədəniyyətlərində ortaya çıxmışdır. Roma İmperatorluğu dövründə aromaterapiya duşu sonradan masaj texnikalarıyla əvəz olundu.
Qədim romalılar aromaterapiya yağlarını qədim Ərəb və Hind mədəniyyətlərindən gətirdirdilər. Tarixdə uçucu yağlayarın istifadəsi bir ictimai nəsil təmsil edərdi. Başda krallar, din adamları və imtiyazlı şəxslər uçucu yağları istifadə edən seqmentlər idi. Romalıların həyatında uçucu yağların əhəmiyyətli bir yeri vardı. Romalılar uçucu yağları əsasən Şərq ölkələrindən əldə edərdilər.İbn Sina gül suyu və gül yağını müalicə məqsədi ilə istifadə etmişdir. Alman tarixində isə uçucu yağ daşıyan bitkilərin yetişdirilməsi mövzusunda xüsusi bir qanun çıxarılmış, xüsusilə monastır bağçalarında razyana,lavanda,reyhan kimi aromatik bitkilər xüsusi bir şəkildə yetişdirilmişdir. Napalyon,Şimali Afrika səfərlərində olarkən, yoluxucu xəstəliklərdən ordunun qorunması üçün hər əsgərin yanında reyhan uçucu yağını saxlamasını əmr etmişdi.
Aromaterapiyanın tətbiq metodları1-) Masaj: Bu tətbiq insan orqanizminin sümük və əzələ quruluşu ilə sinir sistemini yaxşı bilən masajçılara edilməlidir. Masaj etmək üçün uçucu yağları olduğu kimi istifadə etmək olmaz.Onları daşıyıcı yağlarla durultmaq lazımdır. Seçilən yağın quruluşu və müalicəyə uyğun olması alınacaq nəticəsi gücləndirər.
2-) Kompres: Ehtiyaca görə soyuq və ya isti tətbiq oluna bilər. Soyuq kompres, başağrıları, burxulmalar və şişmələrdə faydalıdır. İsti kompres isə, əzələ ağrıları, revmatizm, diş ağrıları və abseslərdə faydalı olar.
3-) İnhalyasiya: Bu metod xüsusilə üst tənəffüs yolu narahatlıqları, soyuqdəymə, sinus narahatlıqları, öskürək və boğaz problemləri ilə dəri baxımında istifadə edilər. İçində qaynayan su olan bir qaba, 3-4 damla uçucu yağ damdırdıqdan sonra, başın üzərini bir dəsmal ilə bağlayıb, bir neçə dəqiqə dərin nəfəs alınması ilə tətbiq olunar.
Bundan başqa evlərdəki otaqlarda, qoxu daşları və ya qoxu lampaları üzərinə uçucu yağ, ya da uçucu yağ qarışıqları əlavə edilərək, sakitləşdirici,istirahət etdirici, rahatlaşdırıcı, sevindirici, qışın da soyuqundan qoruyucu və müalicə edici mühitlər meydana gətirə bilər.4-) Duş: "Fitovanna" adı verilən duşlar; yuxu pozulmaları, əsəbilik, revmatizim kimi xəstəliklər və infeksion dəri xəstəliklərinin müalicəsində müvəffəqiyyətlə istifadə edilməkdədir.
Gözəllik və dəri sağlamlığı problemlərində aromaterapiya; dəri nəmləndirici kompresler, dəri təmizləyici qoxulu sular, dəri istirahət etdirici buğlar və masajlar yoluyla faydalı olar.Uçucu yağlar, təbii yağlar olub, yan təsirləri az və olduqca bahalıdırlar. Uçucu yağlayarın istifadəsində diqqət yetiriləcək xüsuslar:
1-) Uçucu yağları daxilə istifadə etməzlər. 2-) Masaj edilərkən, mütləq daşıyıcı yağlarla durultmaq lazımdır. 3-) Tətbiq əsnasında, uçucu yağlar gözə düşməməlidir. 4-) Kiçik uşaqlar və ev heyvanlarından uzaq tutulmalıdır.5-) Hepatit, epilepsiya, xərçəng, Parkinson və allergiya kimi ciddi narahatlıları olanlar istifadə etmədən əvvəl mütləq həkimləri ilə məsləhətləşməlidirlər.
Aromaterapiyanın müasir dövrdə yaranması
Müasir zamanda istifadə etdiyimiz aromaterapiyanın atası Dr. Rene-Maurice Gattefossdur.19-cu əsrin əvvəllərində fransız kimyaçısı Gattefosse tərəfindən aromaterapiyanin ilk təməlləri qoyulmuşdur. Gattafosse, laboratoriyasında bir təcrübə əsnasında əlini yandırır və ağrısını yüngülləşdirmək üçün ilk gözünə sataşan lavanda yağı dolu olan qaba əlini soxar və əli heç ümid etmədiyi bir sürətlə və qısa müddətdə yaxşılaşar.Və bundan sonra aromaterapiya ilə əlaqədar işlərə daha çox önəm verilmişdir.I Dünya müharibəsi illərində onun şagirdi olan dr. Valnet ilk müasir aromaterapiya kitabını nəşr etmişdir. Aromaterapiya niyə əhəmiyyətlidir?
Müasir dövrdə stressli həyat formasının gətirdiyi çətinliklərdən xilas olmaq, sağlam bir ruh, bədən və zehin gücü bütünlüyünə sahib olmaq üçün təbii müalicə yollarına müraciət edərik. Bu təbii müalicə yollarının başında aromaterapiya gəlir. Aromaterapiya, insanın özünü sağlam və gümrah hiss etməsininə səbəb olan və kimyəvi dərmanların gətirib çıxardığı yan təsirləri aradan götürən qoruyucu müalicələrin günümüzdəki ən məşhur tətbiqi halına gəldi.