Hər qadının özünün mütləq bir əl işi, bir əl sənəti olur. Ya böyük, ya da kiçik. Bunun fərqi yoxdur. Önəmli olan onun əl əməyi, göz nuru olmasıdır. O zaman əşyanın maddi dəyəri böyük olmasa da, mənəvi dəyəri çox böyük olur. Mənim də öz əl işlərim var. Toxuma işlərini 1 ildir ki, internet vasitəsilə öyrənirəm. İstəyirəm ki, toxuduqlarımı sizinlə paylaşım. Buyurun! Bu da mənim toxuduqlarım. Ümid edirəm ki, bəyənərsiniz.
Bu uşaq dəsti balaca qız uşağı üçün toxunub. Boğaz nahiyəsindən başlayaraq aşağıya qədər reqlan toxunuş qaydası ilə toxunur.
Gördüyünüz bu uşaq dəsti 100% akril sapdan mil ilə toxunub. Boğaz nahiyəsindən başlanır.
Bunu da eynilə reqlan toxunuşla toxuyuruq.
Oğluma toxuduğum şarf.
Bu da milçə ilə toxunub.Birinci toxumağa ətəkdən başlayırıq.
Xanımlar, güman edirəm ki, bəyənəcəksiniz.