Əziz xanımlar! Həmişə yeni aksesuarlardan istifadə etmək xanımların 99%-inə xas xüsusiyyətdir. Amma bəzi xanımlar öz əl işlərindən istifadəyə üstünlük verir. Məncə düz edirlər. Axı əl əməyi, göz nuru olan hər şey çox gözəldir! Sizə təqdim edəcəyim addım-addım şəkillərlə evdə asan qolbağı düzəltmək mümkündür. Gəlin birlikdə nəzər salaq.
İlk öncə ipi kəsirik və şəkildə gördüyünüz kimi qatlayırıq.
Daha sonra düyün vururuq və artıq qalan ipi kəsirik.
İpləri hörməyə başlayırıq. Sol ipə muncuq taxıb hörürük.
Sonra sağ ipə muncuq taxıb hörürük.
Eynilə bu şəkildə davam edirik.
Sonra muncuq taxmadan hörürük.
Hördükdən sonra düyün vururuq və düymə taxırıq.
Son olaraq da yenə düyün vururuq.
Artıq qolbağımız hazırdır. Bəyəndinizmi?